İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyəti həqiqətən də Ukrayna üçün qəbuledilməz olan bir sıra fikirlər səsləndirdi.
Axar.az xəbər verir ki, bu barədə İstanbulda keçirdiyi brifinqdə Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bildirib.
"Bildiyiniz kimi, 2014-cü ildən başlayaraq bizim ruslarla danışıqlarda böyük təcrübəmiz var. Ukrayna nümayəndə heyəti sakit, yaxşı iş gördü. Bizim əsas mövqeyimiz dəyişməz qalıb", - deyə o bildirib.
Tixinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti prinsipial mövqe nümayiş etdirərək və öz xəttinə sadiq qalaraq bu təkliflərə sakit reaksiya verib.