Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”un Sumqayıt-Abşeron bürosuna verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.