Bakı. Trend:
Honkonq və Sinqapur səhiyyə orqanları Asiyada COVID-19 yoluxmahallarının kəskin artması ilə bağlı əhalini xəbərdar ediblər.
Trend “Bloomberg”agentliyinə istinadən xəbər verir ki, bu, bölgədə yeni bir xəstəlikdalğasının yayılmasından xəbər verir.
Honkonq Səhiyyə Mühafizəsi Mərkəzinin yoluxucu xəstəliklərşöbəsinin rəhbəri Albert Au bildirib ki, hazırda şəhərdə virusunaktivliyi yüksəkdir və təsdiqlənmiş yoluxma hallarının sayı ilin ənyüksək səviyyəsinə çatıb. Eyni zamanda, ağır kliniki halların daartdığı qeyd olunub.
Agentliyin məlumatına görə, COVID-19-a görə tibbiməsləhətləşmələrin və xəstəxanaya yerləşdirmələrin artması, virusunyenidən aktiv şəkildə yayıldığını göstərir. Bununla belə,yoluxmalar son iki ildə müşahidə olunan pik nöqtələrə hələçatmayıb.
Sinqapur Səhiyyə Nazirliyi isə vəziyyəti əhalinin zaman keçdikcəzəifləyən immuniteti ilə izah edib. Nazirlik dövriyyədə olanvariantların pandemiya dövründəki ştammlardan daha təhlükəli və yaölümcül olduğuna dair heç bir sübutun olmadığını da əlavə edib.