AZ

İngiltərədə tarixi avtomobil mərkəzində güclü yanğın baş verib

Bakı. Trend:

İngiltərənin Oksfordşir qraflığında yerləşən tarixi avtomobilistehsalı mərkəzi – “Bicester Motion” kompleksində güclü yanğın başverib.

Trend-in “Mirror”qəzetinə istinadla yaydığı məlumata görə, hadisə keçmiş aviabazaərazisində baş verib.

Burada klassik avtomobillərin bərpası ilə məşğul olan 50-dən çoxixtisaslaşmış müəssisə fəaliyyət göstərir.

Lokal şura üzvü Sem Holland bildirib ki, hadisə yerindənpartlayış səsləri eşidilir və qalın tüstü buludları bir neçəkilometr uzaqdan görünür.

Oksfordşir qraflığının xilasetmə xidməti bildirib ki, yanğınınsöndürülməsinə 10 yanğınsöndürən briqada cəlb olunub.

Yerli sakinlərə pəncərələri bağlamaq və küçəyə çıxmamaq tövsiyəedilib. Yanğının səbəbləri və mümkün tələfat barədə hələlik rəsmiməlumat verilməyib.

Seçilən
0
50
az.trend.az

10Mənbələr