AZ

AMB iki banka icrası məcburi sərəncam verib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Avrasiya” və “AzərbaycanSənaye Bankı” ASC-lərə icrası məcburi sərəncam verib.

Trend-ə bubarədə AMB-dən məlumat verilib.

"Bank Avrasiya” ASC tərəfindən “Banklarda korporativ idarəetməStandartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-cimaddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən“Bank Avrasiya” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradanqaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçündaxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburisərəncam verilib", - məlumatda qeyd edilib.

Seçilən
0
5
az.trend.az

10Mənbələr