Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,19 % artaraq 68,35 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 68,22 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.