AZ

Putinin bu addımı danışıqları kölgə altına saldı

Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə getməsi fonunda Rusiya prezidenti Vladimir Putinin İstanbula 2022-ci ildəki danışıqlarda iştirak edən nümayəndələri göndərməsi danışıqlarda hansısa razılığa gəlinməsi ehtimalını azaldır.

Musavat.com xəbər verir ki, bu, The Wall Street Journal-ın (WSJ) hazırladığı materialda əksini tapıb.

Bildirilir ki, Putin Zelenskinin Türkiyədə birbaşa yüksək səviyyəli danışıqlar üçün görüşmək çağırışına məhəl qoymayıb, 2022-ci ildə Ukraynanın tam kapitulyasiyasını tələb edən qrupu İstanbula göndərməklə danışıqların nəticələrini bəribaşdan kölgə altına alıb.

Nəşr bildirir ki, Putinin köməkçisi Vladimir Medinski və müdafiə nazirinin müavini Aleksandr Fomin 3 il əvvəl Ukraynanın qeyd-şərtsiz təslimiyyətini tələb edirdilər. Lakin danışıqlardan az sonra Ukrayna özündə güc taparaq Rusiya qoşunlarını Kiyev ətrafından və Ukraynanın şimalındakı digər ərazilərdən çıxarmağa nail oldu.

Musavat.com

Seçilən
0
20
musavat.com

10Mənbələr