Makasin corabları geyinmək ayaq sağlamlığınız üçün təhlükəlidir.
Bizim.Media xəbər verir ki, dəbə çevrilmiş, idman ayaqqabılarından görünməyən “makasin” adlanan corabların sağlamlığa ciddi zərər vurduğu ortaya çıxıb.
Mütəxəssislər xəbərdarlıq edir: bu tip corablar ayaq quruluşunda deformasiya yaradır!
Bu corablar barmaq ucuna və daban hissəsinə geyilir. Bu isə o deməkdir ki, corablar ayaqda durmaq üçün barmaqlar və daban nahiyəsində gərginlik yaradır. Nəticədə isə ayaq barmaqlarında və formasında dəyişiklik – yəni deformasiya olur.
Mütəxəssislər corab seçərkən təbii parçalardan hazırlanmış, dabanın üstünü örtən uzunluqda modellərə üstünlük vermeyə məsləhət görür. (saglamolun.az)
Bizim.Media