AZ

“Trampın ailəsi son bir ayda 2 milyard dollar qazanıb” – NYT


“ABŞ Prezidenti Donald Trampın ailəsinin biznes imperiyası onun prezidentlik müddətinin ilk ayı ərzində ən azı 2 milyard dollar gəlir əldə edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” maliyyə sənədlərinə və mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, əsas gəlir kriptovalyuta layihələrinə xarici investisiyalar, daşınmaz əmlak və eksklüziv klub təşəbbüsləri ilə bağlıdır:
“Kiçik Donald Tramp tərəfindən idarə olunan TRUMP kriptovalyutasının buraxılması ən azı 174 milyon dollar toplayıb. Bundan əlavə, BƏƏ Erik Tramp və Kiçik Donald Trampın rəhbər vəzifələrdə olduğu “World Liberty Financial” kripto layihəsinə 2 milyard dollar sərmayə qoyub”.
Nəşr qeyd edib ki, əhəmiyyətli vəsait daşınmaz əmlak sövdələşmələrindən gəlir:
“Qətər 5,5 milyard dollar dəyərində “Trump” kurortunun maliyyələşdirilməsinə kömək edir, dövlət əlaqələri olan Səudiyyə şirkəti Dubaydakı “Trump International Hotel and Tower”ə 1 milyard dollar sərmayə qoyub. Serbiyanın Cared Kuşner (Trampın kürəkəni) ilə keçmiş Yuqoslaviya Müdafiə Nazirliyinin binasının yerində otel tikmək barədə razılaşması ayrıca qeyd olunur - layihə 1 milyard dollar dəyərində qiymətləndirilir”.
Seçilən
0
4
yeniavaz.com

9Mənbələr