AZ

Kreml hələ son qərarı verməyib: İstanbulda 4 lider görüşə bilər...

"Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin “15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq” təklifini irəli sürəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin “İstanbulda Səni gözləyəcəm” reaksiyasını gözləmirdi. Putin “təmaslar” deyərkən özünün Zelenski ilə görüşünü nəzərdə tutmurdu. Yəqin Putin düşünürmüş ki, Volodimir Zelenskinin 2022-ci ildə Rusiya Prezidenti ilə görüşə qadağası olduğundan Ukrayna Prezidenti bu qadağanı pozmaz. Ancaq Zelenskini bu qadağadan imtina edərək Putinlə görüşə hazır olduğunu bildirib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Putin çətin vəziyyətə düşüb: "Çünki, onu İstanbulda yalnız Zelenski gözləməyəcək. Kreml sahibinin dostları Türkiyə və ABŞ Prezidentləri Rəcəb Təyyub Ərdoğanla Donald Tramp da Putini İstanbulda görmək istəyirlər. Tramp hətta ərəb ölkələrinə səfərini korrektə edərək 15 mayda İstanbula gəlməyə hazırdır. Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür. Putinin Ərdoğana və Trampa isti münasibəti var. Ona görə, Putinin mətbuat katibi Dmitri Peksov Prezidentin İstanbula getməyəcəyini, Rusiyanı danışıqlarda başqalarının təmsil edəcəyini bildirsə də, fikrimcə, Kreml sahibi hələ son qərarı verməyib".

Politoloq hesab edir ki, bu hər iki tərəf üçün yaxşı fürsətdir: "Ukrayna ilə yanaşı Rusiyanın da itkilərlə müşahidə edilən və yorğun düşdüyü müharibədə uzunmüddətli atəşkəs elan etmək üçün İstanbul yaxşı fürsətdir. Kreml sahibi şəxsən İstanbula gələrsə, atəşkəslə yanaşı Ərdoğana çoxdan vəd etdiyi Türkiyə səfərini reallaşdıracaq və çoxdan arzuladığı Trampla görüşəcək".

Nigar,

Sitat.info

Seçilən
0
4
sitat.info

10Mənbələr