AZ

Putin İstanbula gedəcək? - Türkiyədən REAKSİYA

Sabah Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna görüşünün baş tutacağı gözlənilir. Təklif Rusiya prezidenti Vladimir Putindən gəlib. Onun Zelenski ilə birbaşa görüşü də reallaşa bilər. Bu halda hazırda Yaxın Şərq səfərində olan ABŞ prezidenti Donald Trampın da İstanbula gələ biləcəyi mümkündür. Zelenski Putini şəxsən İstanbulda gözləyəcəyini qeyd edib. Amma Putin İstanbula getməyə də bilər. 

"Bu Putinin təklifiydi"

Modern.az-a açıqlamasında Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı bildirib ki, İstanbul görüşü və atəşkəs, sülh danışıqlarının aparılması təklifi Rusiya lideri tərəfindən gündəmə gətirilib:

“Zelenski də bunu qəbul edib. Tramp isə "mən də gələrəm" deyə paylaşım edib. Putindən daha sonra səs çıxmadı, Zelenski isə "mən İstanbulda onu gözləyəcəm" deyib. Hər halda ABŞ və Rusiya xarici işlər nazirlərinin İstanbula gəlişi gözlənilir. Bu da Türkiyənin inanılan vasitəçi, Rusiya-Ukrayna müharibəsini bitirmək baxımından əsas aktor olduğunu göstərmək nöqteyi-nəzərdən vacibdir. Ancaq Rusiyanın işğal etdiyi torpaqlarıdan geri çəkilmək niyyəti yoxdur, inadcıl mövqe sərgiləyir. O anlaşılır ki, Ukrayna torpaqlarının bir hissəsini itirməyi qəbul edəcək. Ancaq nə qədər torpağın itib-itməyəcəyi üzərində sövdələşmə olacaq. Bu da ayrı mövzudur. Eyni zamanda, təbii minerallar, resursların bölüşdürülməsindən söhbət gedir. Bütün bunlar əslində Ukraynanı müstəmləkə halına gətirə biləcək. Ukrayna ilə bağlı "bazarlıq" olacağı dəqiqidir. Bunun necə nəticə verəcəyini görəcəyik”.

“Türkiyənin etibarını artıracaq”

C.Yaycı vurğulayıb ki, Böyük Britaniya və Fransanın mövqeyindən də başa düşüldüyü kimi, Ukraynaya torpaqlarının bir qisminin artıq işğal edildiyi və bu ərazilərdən əl çəkməsi təlqin edilməkdədir:

“Putinin Ukraynanın silahsızlaşdırılması, Zelenskinin hakimiyyətdən getməsi, Kırım daxil olmaqla Ukraynanın işğal olunmuş ərazilərdən əl çəkməsi kimi tələbləri var. Sövdələşmə aparılacaq. Ya liderlərin birbaşa görüşü baş tutacaq, ya da xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Görüşün İstanbulda keçirilməsi bu günə qədər Türkiyənin Rusiya və Ukrayna arasında inanılan vasitəçi kimi etibarını artıracaq”.

Seçilən
0
15
modern.az

10Mənbələr