"Uzak şehir" serialının aktrisası Sinem Ünsal açıqlaması ilə hərkəsi təəccübləndirib.
Far.Az xəbər verir ki, İbrahim Selimin verilişinə qonaq olan aktrisa evdə təmizliyə çox üstünlük verdiyini vurğulayıb.
O oteldə belə qalsa, mütləq oranın vanna otağını təmizləyib sonra istifadə etdiyini bildirib:
"Məktəbdə oxuyanda qələmim yerə düşsə belə onu istifadə etmirdim. Əllərimi yumaqdan yara olurdu. Hazırda isə oteldə qalanda vanna otağını təmizləyib sonra istifadə edirəm".