Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampı əcdadlarının doğma bölgəsinə səfərə dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə "Der Tagesspiegel" məlumat yayıb.
Bildirilib ki, amerikalı siyasətçinin əcdadları Reynland-Pfalts federal əyalətində şərab marşrutu üzərində yerləşən kiçik şərabçılıq şəhəri Kallstadtdan gəlirlər. Sözügedən şəhər Bad Dürkheim rayonuna aiddir. Trampın nənə və babası 19-cu əsrin sonlarında oradan Nyu-Yorka gediblər.
Qeyd edilib ki, Merz bölgəni yaxşı tanıyır, çünki orada hərbi xidmət keçib.
"Mən onu Almaniyaya gəlməyə və doğma şəhəri Bad Dürkheimdə bizi ziyarət etməyə dəvət etdim. Mən də onunla ora gedəcəyəm", - Merz Berlində keçirdiyi tədbirdə deyib.