AZ

Zelenski Putinə çağırış etdi

Ukrayna prezidenti Vladimir Putinlə görüşmək üçün hər şeyi etməyə hazır olduğunu deyib.

Yenisabah.az xəbər verir ki, Volodimir Zelenski mayın 15-də Ankarada və ya İstanbulda onunla təmasa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Putin nə müharibənin bitməsini, nə atəşkəsin, nə də danışıqların aparılmasını istəyir.

Ukrayna Prezidenti deyib ki, o, Ərdoğanla Ankara görüşünü razılaşdırıb, lakin Putin Türkiyənin paytaxtına getməkdən imtina edib İstanbulu seçərsə, Zelenski və Ərdoğan ora gəlməyə hazırdır:

“Mən cümə axşamı Ankarada Ərdoğanla görüşəcəyəm və Putin orada olsa, İstanbula uçacağam. Biz Putinlə bu görüşün baş tutması üçün hər şeyi edəcəyik. Yalnız o, atəşkəslə bağlı qərar verə bilər".

Ukrayna lideri Trampa danışıqlara qoşulmağı təklif etdiyini bildirib.

Zelenski İstanbul danışıqlarının baş tutmayacağı təqdirdə, ABŞ və Aİ-nin Rusiyaya qarşı güclü sanksiya paketlərini gözlədiyini əlavə edib.


Telegram kanalımız
Seçilən
0
8
yenisabah.az

10Mənbələr