AZ

Neftçalada 2 naqil oğrusu tutuldu

Neftçalada kommunikasiya naqilləri oğurlayan 2 nəfər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, Yavər Əskərov və Rahim Qasımovdur.

Onlar rabitə dirəklərindən 18 min manat dəyərində 4 995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
0
6
yenisabah.az

10Mənbələr