BAKI, 13 may. TELEQRAF
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində rabitə dirəklərindən kommunikasiya naqilləri oğurlayan Yavər Əskərov və Rahim Qasımov saxlanılıblar.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Adıçəkilən şəxslərin rabitə dirəklərindən 18000 manat dəyərində 4995 metr kommunikasiya naqillərini kəsərək əlvan metalların qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Y.Əskərov və R.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.