AZ

İnsan alverinə qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planı hazırlanıb

İnsan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda əksini tapıb.

Bildirilib ki, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb (razılaşdırılma mərhələsindədir), habelə insan alverinə qarşı mübarizədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə “2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim edilib.

 

 

 

Seçilən
0
4
operativmm.az

10Mənbələr