AZ

Azərbaycanda insan alveri və məcburi əməklə bağlı 15 əcnəbi saxlanılıb

Hesabat ilində Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 251 əcnəbiyə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilib, 5 106 əcnəbinin isə müvafiq icazə müddəti uzadılıb.

Day.Az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1 (-2) məcburi əmək faktı əsasında 1 (-1) cinayət işi başlanılıb və aparılan araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub.

İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilən tədbirlər zamanı isə 4 miqrasiya kanalı müəyyən olunaraq 15 əcnəbi saxlanılıb.

Qeyd edək ki, bu hesabat "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Seçilən
0
1
day.az

10Mənbələr