Dünya bazarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,47 ABŞ dolları, yaxud 2,24% artaraq 67,13 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,07 ABŞ dolları təşkil edib.