AZ

Sumqayıtda partlayışla nəticələnən YANĞIN: Xəsarət alan şəxs hadisə anını DANIŞDI

Sumqayıtda partlayışla nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə şəhərin 17-ci mikrorayonunda bina 53-ün məişət tullantıları yığılan şaxtasında qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, ərazidə qaz xəttində qaynaq işləri aparılıb.

Nəticədə, boruda yüksək temperatur yaranıb. Bu səbəbdən partlayış qeydə alınıb.

"Aşağı düşəndə partlayış oldu, yaralandım. Zibil yığılan yerdə alışma olub", - deyə xəsarət alan şəxs bildirib.

Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xeyli sayda texnikası cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb.

Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Ətraflı Baku TV-nin süjetində:

 

Seçilən
0
4
ekologiya.az

5Mənbələr