AZ

Azərbaycan Belarusdan kərə yağı idxalına çəkdiyi xərci 55%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Belarusdan 233kiloqram miqdarında, 1,7 milyon ABŞ dolları dəyərində kərə yağıidxal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Belarusdan kərə yağı alışı ötən ilin eyni dövrüilə müqayisədə miqdar ifadəsi ilə 42 ton və ya 22%, dəyər ifadəsiilə 625 min ABŞ dolları, yaxud da 54,5% çoxalıb.

Belə ki, 2024-cü ilin ilk iki ayında Belarus Azərbaycana 191 tonmiqdarında, 1,1 milyon ABŞ dolları dəyərində kərə yağısatmışdı.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana 2,9 min tonmiqdarında, 15,4 milyon ABŞ dolları dəyərində kərə yağı idxaledilib. Bu məhsul əsasən İran, Yeni Zellandiya və Belarusdanalınıb.

Seçilən
0
1
az.trend.az

3Mənbələr