Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin (COREPER) Bazar ertəsi keçirilən iclasının gündəliyinə əsasən, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi üzərində işə başlayıblar.
Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, səfirlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər.
Avropa Komissiyası ötən həftə icma ölkələrinə 17-ci sanksiyalar paketini təqdim edib. Bundan əvvəl AK Qərbin qiymət tavanlarını təyin etmək cəhdlərinə məhəl qoymayaraq, Rusiya neftini daşıyan 60 şəxs və təşkilatı və 150 tankeri qara siyahıya salmağı təklif edir.
AK bu paketi Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək iclasında təsdiq etməyə çalışır.
Telegram kanalımız