Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin (COREPER) bu gün keçirilən iclasının gündəliyinə əsasən, Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin razılaşdırılmasına başlanıb.Sənəddə qeyd edilir ki, səfirlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirdiyinə görə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirəcəklər.Avropa Komissiyası ötən həftə icma ölkələrinə 17-ci sanksiyalar paketini təqdim edib. Qurum Rusiya neftini daşıyan 60 şəxs və təşkilatı, həmçinin 150 tankeri qara siyahıya salmağı təklif edir.Paketin Aİ xarici işlər nazirlərinin mayın 20-də keçiriləcək iclasında təsdiqlənməsi gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta