AZ

Rusiya-Ukrayna danışıqlarında ŞOK: Zelenski Putini təkbətək görüşə dəvət etdi...

"Ukrayna Prezidentii Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “15 mayda Ukrayna ilə İstanbulda danışıqlara başlamağa hazırıq” açıqlamasına “Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazıram, 15 mayda onu Türkiyədə gözləyəcəm” şəklində maraqlı cavab verib. Beləliklə, iki lider arasında psixoloji mübarizə davam edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Putin bu təkliflə razılaşması yüksək ehtimalla mümkün görünmür: "Putin Zelenskinin təklifinə necə cavab verəcək? Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayandan sonra Volodimir Zelenski ilə heç bir təması və dialoqu olmayıb. Putin Zelenskinin təklifinə belə cavab verə bilər ki, əvvəlcə diplomatlar görüşsünlər və mümkün razılaşmalar barədə fikir mübadiləsi aparsınlar, nəticə olarsa yaxın gələcəkdə şəxsən Zelenski ilə görüşə bilər. Və ya Putin “mən Sənin qabağından qaçan birisi deyiləm” deyib Zelenski ilə İstanbulda görüşə razılaşa bilər. Ancaq Putinin belə bir qərar verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Zelenskinin təklifinə ABŞ Prezidenti Donald Trampın reaksiyası maraqlı olacaq. Putinin 15 mayda İstanbulda görüş təklifini müsbət qiymətləndirən Ağ Ev sahibi məntiqlə Zelenskinin Kreml sahibinə ünvanlanmış “gəl İstanbulda şəxsən görüşək” təklifinə də dəstək verməlidir".

Nigar,

Sitat.info 

Seçilən
0
39
sitat.info

10Mənbələr