AZ

Aktaudakı təyyarə qəzası ilə bağlı yekun hesabat nə vaxt açıqlanacaq?

Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı yekun hesabat istintaq başa çatdıqdan sonra dərc ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu yayıb. 
 

"Hadisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün bütün zəruri tədbirlər görülür. Mülki hava gəmisinin qəzaya uğraması faktı üzrə istintaq təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə aparılır", - deyə qurumun açıqlamasında bildirilir.


Rəsmi məlumatda həmçinin qeyd olunur ki, Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı ilkin istintaq materialları açıqlanmır.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr