İranın İsfahan şəhərində gözəllik salonunda generatordan çıxan karbon qazından 13 qadın zəhərlənib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Mehr” Xəbər Agentliyinə İsfahanın Təcili Yardım Mərkəzinin sözçüsü Abbas Abdi danışıb:
"İsfahan şəhərinin Mirzə Tahir küçəsində qadınların saç salonunda generatorun işə salınması nəticəsində 13 qadın qazdan zəhərlənib”. İran rəsmisi qeyd edib ki, zəhərlənən qadınlar müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndəriliblər.