AZ

AMEA-nın həyətində çayxana tikilir: Alimlər narazıdır, AMEA isə susur - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) həyətində yeni çayxana tikilir.


Manset.az-ın məlumatına görə, tikinti işləri bir müddətdir davam edir. Ekspertlər AMEA-nın həyətini elmi müzakirələrin yox “çayxana” söhbətlərinin məkanına çevrilməsini pisləyirlər. 

Məsələ ilə bağlı AMEA-ya sorğu ünvanlasaq da cavabsız qalıb. 

Qeyd edək ki, AMEA-nın həyətində çay içmək üçün bundan öncə də çayxana fəaliyyət göstərirdi.

Elmi müəssisənin ərazisinin kommersiya məqsədilə istifadəsi ümumi görüntünü və ictimai dəyərləndirməni korlayır.

Seçilən
0
manset.az

1Mənbələr