Gəncədə yaşayış binasında partlayış olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Yaşayış binasında mənzillərin birində başvemriş partlayış nəticəsində ölən və xəsarət alanlar olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.