AZ

Fransada minlərlə insan islamofobiyaya qarşı küçələrə çıxıb

Paris, 12 may, AZƏRTAC

Fransada baş verən dəhşətli islamofob hücum ölkə ictimaiyyətində dərin sarsıntı yaradıb. “La Grand-Combe” məscidində Əbubakar Sissenin ibadət zamanı qətlə yetirilməsindən sonra bir neçə vətəndaş cəmiyyəti təşkilatı genişmiqyaslı aksiya çağırışı edib.

AZƏRTAC xəbər verir ki, “Avropada İslamofobiyaya Qarşı Kollektiv” (CCIE) və “Müsəlman Perspektivləri” təşkilatlarının təşəbbüsü ilə Parisdə və digər şəhərlərdə minlərlə insan islamofobiyaya qarşı yürüş keçirib.

Paytaxt Parisdə etirazçılar Bastiliya meydanında toplaşaraq "İslamofobiyanı dayandır!", "Abubakar, biz səni unutmadıq!" və "İslamofobiya öldürür, susmaq da öldürür!" kimi şüarlar səsləndiriblər. Nümayiş iştirakçıları "Biz hamımız Əbubakarıq", "Məscidlər alov içindədir, məsuliyyət hökumətin üzərindədir" kimi plakatlarla islamofobiyaya qarşı qəti etirazlarını ifadə ediblər.

Xatırladaq ki, aprelin 25-də Fransanın Qard bölgəsində yerləşən “La Grand-Combe” məscidində Malidən olan gənc Əbubakar Sisse namaz qıldığı vaxt vəhşicəsinə hücuma məruz qalıb. Ona 57 bıçaq zərbəsi vurularaq qətlə yetirilməsi ölkənin müsəlman icması və beynəlxalq ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.

Bu hadisə Fransada islamofobiyanın təhlükəli həddə çatdığını və ictimaiyyətin bu ayrı-seçkilik və zorakılıq hallarına qarşı birgə mövqe sərgiləməsinin zəruriliyini bir daha gündəmə gətirib.

Seçilən
0
1
azertag.az

2Mənbələr