Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xalq artisti Samir Cəfərovun "Sən elə bir zirvəsən" adlı solo konsert proqramı keçirilib.
Konsertdə Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin sevdiyi məşhur musiqi əsərlərini səsləndirib. Proqramda Tofiq Quliyevin "Sənə də qalmaz", Cahangir Cahangirovun "Alagöz", Elza İbrahimovanın "Salxım söyüd", Telman Hacıyevin "Lalələr", Emin Sabitoğlunun "Əsən yellər", xalq mahnıları "Küçələrə su səpmişəm" və "Nazəndə sevgilim" kimi sevilən musiqi nümunələri ifa olunub.
Gecə boyunca klassik estrada musiqisinin inciləri tamaşaçılara unudulmaz anlar yaşadıb və sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)