AZ

Papuaşvilidən Aİ səfirlərinə: “Gürcüstanlı qəhrəmanlar olmasaydı indi Avropa da olmazdı”

Yazını böyüt
Yazını kiçilt

“Təəsüf ki, Avropa İttifaqı səfirliyi gürcü xalqını, müharibə veteranlarımızı 9 May və faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə bir kəlmə ilə belə təbrik etmədən Avropa Günü tədbiri keçirib”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Şalva Papuaşvilinin bildirdiyi kimi, Avropa Günü və faşizm üzərində qələbənin qeyd olunması bir-birini istisna etməməlidir.

“Döyüş meydanında həlak olan 300 min gürcü qəhrəmanla Gürcüstan nasizmi məğlub etmək üçün böyük  qurban verdi. Bu mübarizə olmasaydı, Avropa bugünkü kimi olmazdı. Bu qurban olmasaydı, Avropa İttifaqı və ya Avropa Günü olmazdı. Avropa Gününü və faşizm üzərində qələbəni qeyd etmək bir-birini istisna etməməlidir. Bu günün nümayişkaranə iqnor edilməsi birini digəri ilə əvəz etməyə xidmət etməsi çox pisdir. Ortaq yaddaş bizim qitəmizi sivilizasiya edən şeydir. Əsl Avropa keçmişi qiymətləndirməkdədir”, – Şalva Papauşvili yazır.

Seçilən
0
hafta.az

1Mənbələr