AZ

Güclü külək və dolu Ağdamda fəsadlar törədib - FOTO

Qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, Ergi Düzü adlanan ərazidə güclü külək və dolu nəticəsində tikililərə, minik maşınlarına, habelə kənd təsərrüfatı texnikasına ziyan dəyib. Dolu vurması nəticəsində taxıl zəmiləri və soğan sahələri ciddi zərər görüb.

Ərazidə həmçinin elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü Güclü Güclü Güclü Güclü Güclü Güclü
Seçilən
0
3
apa.az

4Mənbələr