PSJ-nin 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele Fransa Liqa 1-in 2024/2025 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az məlumat verir ki, Fransa Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) Fransa Liqa 1-in cari mövsümü üzrə müxtəlif seçimlər əsasında qalibləri açıqlayıb.
Təşkilat Fransada və ölkənin hüdudlarından kənarda çıxış edən futbolçular, məşqçilər, hakimlər arasından ən yaxşı olaraq seçilmişlərə mükafatlar təqdim edir.
Əsas mükafat – “Mövsümün ən yaxşı oyunçusu” mükafatı PSJ-nin hücumçusu Usman Dembeleyə çatıb. Dembele cari mövsümdə Fransa Liqa 1-in 28 oyununda 21 qol vurub və 8 məhsular ötürmə verib.
Usman Dembele yarışın cari mövsümünün ən sərrast futbolçusu, həmçinin 29 xalla (qollar və məhsuldar ötürmələrin cəmi üzrə) ən səmərəli oyunçusudur.
Digər seçimlər üzrə qaliblərin siyahısını təqdim edirik:
Mövsümün “Əsas ümid” mükafatı:
PSJ-nin 19 yaşlı fransalı sol cinah hücumçusu Dezire Due;
Mövsümün ən yaxşı qapıçısı:
“Lil”in 23 yaşlı fransalı əsas qapıçısı Lyuka Şevalye;
Mövsümün ən yaxşı məşqçisi:
PSJ-nin 55 yaşlı ispan baş məşqçisi Luis Enrike;
Fransa hüdudlarından kənarda çıxış edən ən yaxşı fransalı oyunçu:
“Real”ın 26 yaşlı mərkəz hücumçusu Kilian Mbappe.
Xatırladaq ki, cari mövsümün Fransa çempionu adını erkən surətdə PSJ təmin edib.