AZ

Böyük Qayıdışa daha bir mühüm töhfə

Bərdə-Ağdam dəmir yolu layihəsi çərçivəsində inşa olunan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Böyük Qayıdışa daha bir mühüm töhfədir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz bu kompleksdə inşa olunub, uzunluğu 350 metrdir.

Kompleksdə gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri, yerüstü avtodayanacaqlar, avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi yaradılıb.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər, avtovağzal isə 1300-1500 nəfər sərnişinə xidmət göstərəcək.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə imkan verəcək.

Seçilən
0
vergiler.az

1Mənbələr