AZ

“Gibetron” şirkətinin rəhbərinə “stop” qoyuldu

“Gibetron” şirtkətinin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Valyuta.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova qətnamə çıxarıb. Şirkət rəhbərinin ölkədən məhdudlaşdırılması vergi borcu ilə əlaqədardır.

“Gibetron” MMC-nin 47 150,87 manat vergi borcu. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum məhkəmədən borc ödənilədək “Gibetron” MMC-nin rəhbərinə stop qoyulmasını xahiş edib.

Məhkəmə idarənin ərizəsini təmin edib. “Gibetron” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Novruzi Ramazan Yaqub oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Hüseyn

Seçilən
0
valyuta.az

1Mənbələr