AZ

Təhsil müəssisələrinin qazlaşdırılması 1 milyon manata başa gələcək

BAKI, 12 may. TELEQRAF

Təhsil Nazirliyinin "Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi" təhsil müəssisələrinə qaz xətlərinin çəkilməsi və sayğacların quraşdırılmasına 1 milyon 160 min 86 manat vəsait xərcləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, qurum müfaviq işlər üzrə tender elan edib və işləri icra edəcək podratçı axtarışındadır.

Təkliflərin son təqdimolunma tarixi iyunun 12-dir.

Xatırladaq ki, sözügedən qurum bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat üçün avadanlıqların alınıb-quraşdırılması üzrə də 9 milyon 310 min 422 manatlıq tender elan edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr