Son illər Fransanın müxtəlif şəhərlərində artan islamafobiyaya etiraz olaraq nümayişlər keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, aprelin 25-də Fransanın La Grand-Combe şəhərindəki Hatice məscidində gənc müsəlman Əbubakar Sissenin bıçaqlanaraq öldürülməsi ölkədəki müsəlman icmasının reaksiyasına səbəb olub. Paytaxt Paris, eləcə də Marsel və Lion başda olmaqla müxtəlif şəhərlərdə, xüsusilə son illərdə ölkədə media və siyasi arenada artan islamafobiyaya reaksiya vermək üçün nümayişlər keçirilib. Parisin Bastiliya meydanında dünən yerli vaxtla saat 14:00-da başlayan nümayiş Millet meydanında başa çatıb.
Nümayişçilər Fransanın daxili işlər naziri Bruno Retallonun ölkədəki mühacir və müsəlmanlara qarşı siyasətinə reaksiya veriblər. Üzlərində "İslamofobiya öldürür. Dövlət və media buna töhfə verir. Müqavimət edək" və "Retallo, Əbubakarın qanı sənin əlindədir" yazılı lövhələr daşıyan etirazçılar "İslamofobiyaya son", "Paris faşizmə qarşı" və "İslamofobiyaya yox" şüarları səsləndiriblər.
Nümayişdə ifrat solçu “İtaətsiz Fransa” (LFI) partiyasının qurucusu Jan-Lük Melenşon və LFI deputatı Aymerik Karon, eləcə də müxtəlif müxalifət siyasətçiləri də iştirak ediblər. Nümayişdə məsciddə öldürülən Sisse üçün ədalət tələb edilib. Əllərində Fələstin bayraqları, çiyinlərində keffiye ilə çox sayda insanın qatıldığı nümayişdə İsrailin Qəzzada hücumlarına reaksiya da göstərilib.