“Real” futbolçusu Vinisius Junior ilə müqaviləni uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Tərəflər müddəti 2030-cu ilin yayına qədər olan müqavilə ilə razılığa gəlməyə yaxındır.
Vinisiusun vergilər çıxmaqla təxminən 20 milyon avro qazanacağı bildirilir. Onun illik maaşı bonuslarla birlikdə 30 milyona yaxın olacaq.
Braziliyalı hücumçunun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.
Vinisius La Liqada 29 oyunda 11 qol vurub, 7 məhsuldar ötürmə edib.