AZ

Nigeriyada silahlı hücumlar nəticəsində 23 nəfər ölüb

Yazını böyüt
Yazını kiçilt

Nigeriyanın mərkəzində yerləşən Benue əyalətində baş verən bir neçə silahlı hücum nəticəsində azı 23 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Hafta.az “France-Presse” agentliyinə istinadla xəbər verir ki, Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, silahlı şəxslərin şənbə günü dörd kəndə hücum etməsi insan tələfatına səbəb olub.

Nigeriyanın mərkəzində otlaq ərazilərə nəzarət etmək üçün köçəri maldarlarla fermerlər arasında müntəzəm olaraq toqquşmalar baş verir. Maldarların çoxu müsəlman, fermerlərin çoxu isə xristian olduğu üçün, toqquşmalar dini və ya etnik xarakter daşıyır.

Xatırladaq ki, bir müddət öncə eyni bölgədə baş verən analoji hadisə nəticəsində 56 nəfər ölmüşdü.

Seçilən
0
1
hafta.az

2Mənbələr