AZ

Ukrayna kəşfiyyatı: Rusiya yeni qanadlı raket yaradıb

Rusiya S8000 “Banderol” adlı yeni qanadlı raket yaradıb.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Məlumata görə, raket 500 km-ə qədər məsafə qət edə bilir. Saatda 580 km sürətlə getmək imkanına malik olan raket 150 ​​kq ağırlığında döyüş başlığı daşıya bilər. Raket “Orion” PUA-dan istifadə edilməklə buraxılacaq. Həmçinin, gələcəkdə Mi-28N helikopterlərindən də buraxılacaq.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin materialında həmçinin qeyd edilib ki, raket yüksək partlayıcı parçalanma qabiliyyətinə malik döyüş başlığı ilə təchiz edilib. Bu isə onu yer hədəfləri üçün təhlükəli edir.

Ukraynalı ekspertlərin fikrincə, “Banderol” Amerika istehsalı olan JASSM kimi Qərb analoqlarına cavab ola bilər.

Qeyd edək ki, Rusiyada belə bir raketin meydana çıxması barədə heç bir məlumat verilməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr