AZ

Bu gün “Avroviziya 2025” başlayır, Azərbaycan təmsilçisi çıxış edəcək

Bu gün İsveçrənin Bazel şəhərində “Avroviziya 2025” mahnı müsahibəsinin ilk yarımfinalı başlayır.

APA xəbər verir ki, müsabiqə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi olan “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq. Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də başa tutacaq.

Seçilən
0
21
apa.az

10Mənbələr