AZ

Rusiya donanması yeni minaaxtaran gəmi ilə güclənib

Rusiyanın Baltiysk şəhərində yerləşən Sredne-Nevski Gəmiqayırma Zavodunda inşa edilmiş “Afanasi İvannikov” ən yeni dəniz minaaxtaran gəmisi istifadəyə verilib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.

Məlumata görə, tədbirdə Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanmasının komandanı, vitse-admiral Konstantin Kabantsov, Baltik donanmasının Baltik hərbi-dəniz bazasının komandiri, kontr-admiral Aleksey Jovtonojko və gəmiqayırma zavodunun nümayəndələri iştirak ediblər.

Mərasimdə Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı, admiral Aleksandr Moiseyevin əmri oxunub və buna əsasən minaaxtaran gəmi Şimal donanmasının tərkibinə daxil edilib.

“Afanasi İvannikov” tipli gəmilər ilk növbədə dəniz bazalarının sularında minaların axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub. Onlar həm gəmidə, həm də uzaqdan idarə olunan və avtonom sualtı maşınlarda yerləşən hidroakustik stansiyalarla təchiz olunub. Eyni zamanda, ənənəvi minaaxtaran silahlardan da istifadə etmək mümkündür. Gəminin uzunluğu 61 metr, eni 10 metr, heyət 44 nəfərdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr