Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstan Saloniki şəhərinə səfər edib.
QOL.az xəbər verir ki, 71 yaşlı mütəxəssis dünən Superliqada keçirilən PAOK - AEK matçını (1:0) stadiondan canlı izləyib.
Səfərdə əsas məqsəd isə PAOK-un 39 yaşlı kapitanı Vieyrinyanın (Adelinu Andre Vieyra Freytaş) karyerasını başa vurduğu vida matçında iştirak olub.
Qeyd edək ki, portuqaliyalı futbolçu məhz Santuşun PAOK-u çalışdırdığı zaman (2007-2010-cu illərdə) bu kluba transfer olunub (2009-cu ildə).
Stadionda Vieyrinyanın karyerasını başa vurması ilə bağlı mərasim də təşkil olunub. Mərasimdə yunanca qısa nitq söyləyən Fernandu Santuş sabiq klubu PAOK barədə müsbət fikirlər səsləndirib.
O, eyni zamanda futbolçuya xatirə hədiyyəsi də təqdim edib.
Santuş mərasimdə hazırda PAOK-un baş məşqçisi olan rumıniyalı Rezvan Luçesku ilə də görüşüb.