Dünən Qırğızıstanda əsgərlərin dəvəquşu vəziyyətində, yəni əllərinin köməyi olmadan başlarını yerə qoymaqla dayandıqlarını göstərən video yayılıb.
Hafta.az-ın yazdığına görə, video fövqəladə hallar naziri Bubek Acikeyevin ciddi narazılığına səbəb olub.
Videoda hərbçilərə qarşı təhqiramiz hərəkət və ifadələr də yer alıb. Hadisə 2025-ci ilin fevralında nazirliyin hərbi hissələrindən birində baş verib.
Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi və 3-cü hissəsinin 1-ci bəndi (“İşgəncələr”) ilə cinayət işi başlanıb.
Fövqəladə hallar naziri ona həvalə edilmiş tapşırıqları lazımınca yerinə yetirmədiyinə görə ciddi intizam tənbehinə məruz qalıb. Müvafiq sərəncamı prezident Sadir Japarov imzalayıb.