PKK (Kürdistan İşçi Partiyası) özünü ləğv edib.
Bu barədə məlumatı “Rudaw” telekanalı yayıb.
Bildirilib ki, PKK Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.
Belə bir qərar partiyanın mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edilib.
Xatırladaq ki, Türkiyə hökuməti ilə PKK arasında fevralın sonunda atəşkəsə dair razılaşma əldə olunub.
Qruplaşmanın hazırda həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarını tərksilah olmağa çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 28 fevralda verdiyi bəyanatda terrorsuz Türkiyə fəaliyyətində yeni səhifə açdıqlarını bildirib.
“Qarşımızda 1000 illik qardaşlığın ortasına hörülən terör divarının aşırılmasına gedən yolda tarixi bir addım atma fürsəti var” – deyə cümhur rəisi vəziyyəti şərh edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta