AZ

Şah İsmayıl Xətai və Ulu Öndər: Simvolik görüşün pərdəarxsı - VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” layihəsini həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, tədqiqatçı-jurnalist, QHT sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, layihə çərçivəsində hazırlanmış “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı kitab şəhidlərimizə həsr olunub. Bu nəşr 2021-ci ildə çap etdirdiyimiz “Şəhidlər ölməz – Vətən bölünməz” kitabının davamıdır. Kitabda hər bir şəhidimizin həyat hekayəsini və döyüş yolunu qələmə almağa çalışmışıq.

İkinci Qarabağ müharibəsi – xalqımızın haqq savaşı – bir çox həqiqətləri bir daha təsdiqlədi. Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi Qələbə 44 günlük müharibənin “həqiqət anı”dır. Bizim missiyamız bu həqiqət anında qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır.

"Cebheinfo.az"

Seçilən
0
cebheinfo.az

1Mənbələr