AZ

Hollivud ulduzlarının stilistləri nə qədər qazanır? - FOTO

Yazını böyüt
Yazını kiçilt

Hər möhtəşəm görünüşün arxasında bütöv bir komanda dayanır - vizajistlər, bərbərlər və əlbəttə ki, stilistlər. Məhz onlar məşhurları moda ikonalarına çevirən və qırmızı xalçadakı çıxışlarını tarixə yazdıranlardır.

Hafta.az-ın bu məqaləsində böyük dəyişikliklərin ulduzlara neçəyə başa gəldiyini öyrənəcəksiniz.

Zendayanın stilisti

Hollivudun məşhur stilisti Lou Ruz bu yaxınlarda təqaüdə çıxmaq qərarı ilə bütün sənayeni şoka saldı. O, bir çox ulduzlara moda evləri ilə müqavilələr, əfsanəvi çıxışlar və tanınan üslub bəxş edib. Onun müştəriləri arasında Hunter Şafer, Anya Teylor-Coy, Selin Dion və başqaları olub. Ruz, Zendayanın moda dünyasına bileti idi, onunla on ildən çox işləyib.

Met Gala üçün onun əfsanəvi görünüşlərini yaratdı, həmçinin moda evləri ilə müqavilələrin bağlanmasına kömək etdi. Belə məşhur stilist aktrisaya neçəyə başa gəlib?

2023-cü ildə Lou Ruzun hesabında 1,4 milyon dollar var idi. O, onilliklər boyu medianı ovsunlayan qırmızı xalça geyimləri ilə tanınır. Ruz hər belə görünüş üçün 5 min dollar alırdı.

Beyonsun stilisti

Hip-hopu modaya gətirən qadın Marnie Senofont haqqında deyirlərdi ki, məhz onun təklifi ilə moda evləri rep ifaçıları ilə müqavilə bağlamağa başlayıb. Bu stilist məşhur rep sənətçiləri Cey Z, P. Daddi və Beyonsla işləyib. O, "Lemonade" albomu, "7/11" mahnısının klipi və Beyonsun “Super Bowl 2016”performansı üçün heyrətamiz vizual görüntüləri yaradıb. Əlbəttə ki, Senofont bütün bu layihələrə görə ədalətli mükafat alıb.

Marnienin hesabında artıq 10 milyon dollar var və bu rəqəm getdikcə artır. Stilist təkcə məşhurlarla işləməkdən deyil, həm də bloqundan qazanır ki, bu da onu tam hüquqlu təsirediciyə çevirib. Dəqiq rəqəm söyləmək çətindir, lakin şayiələr onu göstərir ki, Beyons bir albomu stilləşdirmək üçün ona 100 min dollardan çox pul ödəyib.

Rihannanın stilisti

Demək olar ki, bütün karyerası ərzində Rihannanın parlaq üslubunun arxasında bir kişi olub. O, bir çox Hollivud trendlərinin önündə gedən məşhur stilist və jurnalist Mel Ottenberqdir. Müğənniyə əfsanəvi “çılpaq” libas geyindirən, Met Gala üçün onun bir çox görünüşünü yaradan, “We Found Love” mahnısına çəkilən klipin üslubunu yaradan da məhz o olub. Ottenberq Kristina Aquilera, Selena Qomez və Lana Del Rey də daxil olmaqla bir çox başqa ulduzlarla çalışıb, lakin moda dünyasında onun Rihanna ilə əməkdaşlığı taleyüklü hesab olunur.

Beləliklə, zamansız bir üslub Rihannaya neçəyə başa gəlir?

Melin çoxmilyonluq sərvəti jurnalistika, brendin təsdiqi və təbii ki, məşhurlarla işləməkdən toplanıb. Şayiələrə görə, onun müştəriləri qırmızı xalçadan keçmək üçün 20 min dollar ödəyirlər. Bu qiymət yüksək görünür, lakin ulduzlar medianın başlıqlarında olmaq üçün bu cür pul ödəməyə hazırdırlar.

Ledi Qaqanın stilisti

Ledi Qaqanın dəbdəbəli geyimləri onun qlobal şöhrət qazanmasında mühüm rol oynayıb. Onun hər çıxışı sosial eksperiment, fikir ifadəsi və moda tarixinə bir izdir. Və belə unikal görünüşləri seçmək üçün Qaqaya sadəcə yaxşı stilist yox, onun baxışlarını bölüşən biri lazım idi. Həmin şəxs Brandon Maksveldir. O, müğənninin bir çox ikonik videoları üçün geyimlər seçib: Cudas, Alexandro, Applauz, eləcə də Qaqanı həmişə diqqətdə saxlayan bir çox qırmızı xalça tədbirləri üçün.

Maksvell ulduzlarla işləməkdən əlavə, öz lüks brendini də qurur. Onun geyimlərini Nikol Kidman, Mişel Obama, Opra Uinfri və digər məşhur qadınlar sevir. Bütün bu layihələr stilistə çoxlu pul gətirir: hazırda onun hesabında 3,5 milyon dollardan çox pul var. Met Gala üçün dizaynerlər arasında ən çox qazanan stilistdir. Amma heç kim maaşından danışmır.

Trendləri proqnozlaşdırmaq, cəsarətli ideyaları həyata keçirmək və geyimi manifestə çevirmək - stilistlərin işi göründüyündən qat-qat mürəkkəbdir. Buna görə də ən yaxşı moda dizaynerləri inanılmaz miqdarda pul qazanırlar. Axı onların tək obrazı nəinki informasiya meydanını partlatmaqla yanaşı, həm də sənətçini şöhrət zirvəsinə biletlə təmin edə bilər.

Seçilən
0
hafta.az

1Mənbələr