Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanda bazar subyektləritərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar 59 müraciətəbaxılıb.
Trend-ə bubarədə Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyindən məlumat verilib.
Məlumata görə, baxılmış müraciətlərin sayında ötən ilin müvafiqdövrü ilə müqayisədə 47,5% artım olub.
Belə ki, 2024-cü ilin eyni dövründə bazar subyektləri tərəfindənhaqsız rəqabətə yol verilməsi ilə əlaqədar 40 müraciətəbaxılmışdı.
“Rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazarpayı əldə etmək üçün keyfiyyətin artırılması, innovativyanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsikimi müsbət həllərə üstünlük verirlər. Bu isə haqsız rəqabəthallarının qarşısını almaqla yanaşı, ədalətli və şəffaf bazarmühitinin təmin olunmasına şərait yaradır”, - deyə məlumatda qeydedilib.
Qeyd edək ki, haqsız rəqabət dedikdə bazarda fəaliyyət göstərənsahibkarların (şirkətlərin və ya fərdi sahibkarların) rəqiblərinəqarşı qanunsuz və ədalətsiz metodlarla üstünlük əldə etməyəçalışmasıdır. Başqa bir şirkətin məhsulunu və ya brendini təqlidetmək, yalan reklam vermək, saxta endirim kampaniyaları keçirmək,rəqib şirkət barədə yanlış və zərərli məlumat yaymaq və sairməlumatlar buna nümunə olaraq göstərilə bilər.