AZ

"Fənərbaxça" 4 adla vidalaşır

"Fənərbaxça" 4 futbolçusu ilə vidalaşmağa hazırlaşır. Klub bu satışlardan gələn pullarla yeni transferlər həyata keçiriləcək.

News24.az xəbər verir ki, Fənərbaxça rəhbərliyi Djiku, Amrabat, En-Nesyri və Şimanskiyə edilən təklifləri dəyərləndirəcək.

Amrabatın 13 milyon avroluq alqı-satqı opsionundan istifadə olunacaq və sonra o, təxminən 20 milyon avroya satılacaq.

Həmçinin En-Nesyri və Djiku ilə bağlı təkliflərə müsbət cavab veriləcəyi gözlənilir.

Şimanski ilə isə Rusiya klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Fənərbaxça bu adlardan 60 milyon avro gəlir gözləyir.

Günel Məlikzadə

Seçilən
0
news24.az

1Mənbələr