AZ

“Şuşa öz əzəməti, gözəlliyi və inkişaf səviyyəsi ilə bütün türk dünyasının iftixarı olacaq”

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdimizdə həyata keçirilən böyük abaqlıq-quruculuq işləri Şuşa şəhərində də vüsətlə davam etməkdədir. Şuşada görülən işlər, həyata keçriilən layihələrin qeyri-adiliyi, böyüklüyü və önəmi onu söyləməyə əsas verir ki, Şuşa öz əzəməti, gözəlliyi və inkişaf səviyyəsi ilə bütün türk dünyasının iftixarı olacaq”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Şuşaya sonuncu səfəri, bu səfər zamanı verdiyi açıqlamalar da bunu sübut edir:

“Prezident İlham Əliyevin Şuşa şəhərinə sonuncu səfəri, səfər əsnasında bir sıra müəssisələrin açılışında iştirakı və verdiyi açıqlamalar bütün Azərbaycan xalqı tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılandı. Dövlət başçısı görülən işlərlə yanaşı, görülməsi planlaşdırılan layihələr haqında da ictimaiyyətə məlumat verdi. Qeyd olundu ki, hazırda Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” üzərində iş aparılır.  Hansı ki, bu, həm vətəndaşların gediş-gəlişinin asanlaşması, həm də turizm baxımından böyük perspektivə malikdir.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı, dördüncü yaşayış kompleksinin əsasının qoyulması, Daşaltında məscidin istifadəyə verilməsi də mədəniyyət paytaxtımızda görülən işlərin miqyas və əhəmiyyətindən xəbər verir.

Əminəm ki, Şuşa yaxın gələcəkdə bütün dünyada turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri olacaq, ora qonaq gələn hər kəsi öz gözəlliyi və sürətli inkişafı ilə heyrətləndirəcək.

Təbii, biz görülən bütün bu işlərə görə dövlətimizə, onun Prezidentinə və xalqımızın quruculuq əzminə minnətdarıq”.

Seymur ƏLİYEV

 

Seçilən
0
moderator.az

1Mənbələr